02.06.2020 15:30
592


Cempion.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Növbəti qonağımız “Keşlə” futbol klubunun futbolçusu Əfran İsmayılovdur:
1. Futbolçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?
- Hal-hazırda özümü qoca saymıram. Hələ də futbol oynamağa tam gücüm var. Futbolçu olduğum üçün Allaha şükür edirəm. Bu işlə məşğul olduğum üçün peşman deyiləm.
2. Futboldan sonrakı həyatınızda özünüzü harda görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz?
- Bu barədə heç düşünməmişəm. Məncə, futbol meneceri olsam daha yaxşı olar. Ən çox xoşladığım sənətlərdən biridir futbolçu meneceri olmaq. İnşallah yaşayıb görərik gələcəkdə necə olacaq. Karyeramı başa vurandan sonra bu barədə düşünmək istəyirəm.
3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?
- Ola bilər ki, səhf qərarlarım çox olsun amma heç bir qərarıma peşman olmamışam. Verdiyim qərarlarında hər zaman mənim üçün xeyirli olduğun düşünmüşəm.
4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz?
- Ən çox at sürməyi xoşlayıram. Boş vaxtlarımda cıdır düzünə gedirəm. Bir də bilyard oynamağı xoşlayıram.
5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ vəsiqə qazansın?
- Bunun üçün daha çox xaricə futbolçu göndərməyimiz lazımdır. İnşallah inanıram ki, gələcəydə yığmamız DÇ və AÇ-na vəsiqə qazanacaq.