bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Avrokubokların formatı dəyişir

03.06.2020 09:46 Oxundu 444


UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan avrokubokların formatını dəyişdirməyə hazırlaşır.

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə hər iki turnirdə oyunların 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsi gündəmdədir.

Matçların Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar öz aralarında 2 deyil, 1 oyun keçirəcəklər.

Qarşılaşmaların həmçinin Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalına Türkiyənin İstanbul, Avropa Liqasının həlledici görüşünə isə Polşanın Qdansk şəhərlərinin ev sahibliyi etməsi qərara alınıb.