03.06.2020 12:10
468

İtaliya A Seriyasında dəyişiklik ola bilər.
Cempion.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, əgər yeni mövsümə sentyabrın 12-si start verilməsə, dəyişiklik baş verəcək.
Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək istəyir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar.
Daha öncə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yeni mövsümə sentyabrın 12-də başlaya bilməyəcəkləri təqdirdə dəyişiklik edəcəklərini söyləyib.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.