03.06.2020 12:45
475


Falkao karyerasını ''Qalatasaray''da davam etdirmək istəyir.
Cempion.az ''Foot Mercato'' nəşrinə istinadən xəbər verir ki, Devid Bekhemin sahibi olduğu MLS klublarından ''İnter'' klubu Radamel Falkaonu heyətinə cəlb etmək istəyib. Amma futbolçu özü ''Qalatasaray''da çox xoşbəxt olduğunu bildirib.
Xəbərdə bildirilir ki, Qətər və Çin klubundan gələn təklifləri də dəyərləndirməyən Falkao bunları deyib: ''Ailəm Türkiyədə çox xoşbəxtdir. Məncə, xoşbəxt olduğumuz ölkədən ayrılmağımız doğru qərar olmaz''.