bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Arsenal"ın hücumçusu "İnter"in hədəfində

03.06.2020 14:17 Oxundu 465

"İnter" yenidən "Arsenal"ın hücumçusu Aleksandr Lyakazettlə yaxından maraqlanır.

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "İnter" Lyakazetti bu yay "Barselona"ya keçəcəyi gözlənilən Lautaro Martinesin əvəzedicisi hesab edir.

"Neradzurri" Edinson Kavani (PSJ) və Timo Vernerin ("Layptsiq") transferlərindən imtina etdikdən sonra idman direktoru Pyero Auzilio bütün diqqətini fransız futbolçuya yönəldib. Daha öncə Lyakazett Milan təmsilçisinin təklifini rədd etmişdi.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 20 matçda meydana çıxan 29 yaşlı forvardın aktivində 7 qol, 3 məhsuldar ötürmə var.