bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

''Çelsi''nin yeni hədəfi Telles

03.06.2020 14:47 Oxundu 455

İngiltərənin ''Çelsi'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək üçün transfer çalışmalarına start verib.

Cempion.az ''Le10 Sport'' nəşrinə istinadən xəbər verir ki, ''Çelsi'' Portuqaliyanın ''Porto'' klubunda çıxış edən Aleks Tellesə göz dikib. İngiltərə klubunun baş məşqçisi Lempard Alonso və Emersonun oyunundan narazı qaldığı üçün brazilyalı sol cinah oyunçusunu israrla heyətə cəlb etmək istəyir. ''Çelsi'' rəhbərliyi yaxın günlərdəTellesə görə qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Fransanın PSJ klubuda israrla brazilyalını transfer etmək istəyir.