03.06.2020 15:48
432

"Çelsi" bərpa edilməsinə qərar verilən İngiltərə Premyer Liqası üçün maraqlı təklif irəli sürüb.
Cempion.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi ehtiyat oyunçuların sayının 7-dən 9-a yüksəldilməsini təklif edib. "Zadəganlar" Premyer Liqa rəhbərliyinə rəsmi müraciət edib.
İyunun 11-də keçiriləcək iclasda bu məsələ də müzakirə ediləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa ediləcək.