bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

''Mançester Siti''dən ''Barselona''ya yox cavabı

03.06.2020 16:17 Oxundu 501

''Barselona'' ''Mançester Siti''nin futbolçusunu transfer etmək istəyir.

Cempion.az ESPN nəşrinə istinadən xəbər verir ki, katalon təmsilçisinin aşağı yaş qrupundan ''Mançester Siti''yə transfer olan Erik Qarsia ''Barselona''nın təklifini qəbul etməyib.

Xəbərdə bildirilir ki, 19 yaşlı oyunçu müqaviləsi bitənə kimi ''şəhərlilər''in şərəfini qorumaq istəyir.

Qeyd edək ki, Qarsiyanın müqaviləsi 2023-ci ildə bitəcək.