bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Barselona"lı futbolçu İngiltərə yolunda

04.06.2020 10:19 Oxundu 504

"Barselona"nın cinah müdafiəçisi Serci Roberto karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az "Mundo Deportivo" xəbər verir ki, "Mançester Siti" Robertonun xidmətində maraqlıdı. "Şəhərlilər"in baş məşqçisi Pep Quardiola və idman direktoru Çiki Beqiristayn müxtəlif mövqelərdə oynaya bilən 28 yaşlı oyunçunun bacarıqlarına yaxşı bələddilər. Məhz onların transferdə maraqlı olduğu bildirilir.

"Barsa" rəhbərliyi "Siti"dən düşünmək üçün zaman istəyib. Katalon klubu barter variantına qarşıdı. Sadəcə, müəyyən transfer məbləği qarşılığında satışdan söhbət gedə bilər.

Beqiristaynın rəsmi danışıqlara başlamaq üçün "blauqrana" rəhbərliyindən cavab gözlədiyi bildirilir.