bazar ertəsi, 23 iyun 2025

DİGƏR NÖVLƏR

Üçqat Avropa çempionu koronavirusa yoluxdu

04.06.2020 11:47 Oxundu 469


Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Cempion.az Oxu.az-a sayıtına istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.

Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir. 

Bu barədə idmançının özü məlumatı təsdiqləyib.