04.06.2020 13:15
570


Cempion.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Növbəti qonağımız futbol üzrə Azərbaycan milli komandasının üzvü və ''Qarabağ'' klubunun yarımmüdafiəçisi Qara Qarayevdir:
1. Futboçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?
- Futbolçuların karyerası 10-12 il oduğuna görə, artıq gənc yaşlarından qoca sayılırlar. Amma 28-30 yaş arası karyeramızın pik nöqtəsi sayılır. Futbolla məşğul olduğuma görə heç vaxt peşman olmamışam. Heç vaxtda belə bir fikiri yaxınıma buraxmamışam. Mən öz işimi sevirəm və həmişə də qarşılığın verməyə çalışmışam.
2. Futboldan sonrakı həyatınızda özünüzü harada görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz?
- Futboldan sonrakı həyatımız harada olacaq bunu zaman göstərəcək. İndidən bu barədə nəsə demək doğru olmaz. İnşallah bu barədə karyeramı bitirəndən sonra geniş məlumat verəcəm. Hal-hazırda müəyyən fikirlərim var.
3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?
- Mən karyerama başlayandan bir klubda oynamışam. Xaricə getməklə bağlı olan təklifləri də rədd etmişəm. Bu qərarımın da doğru olduğuna əminəm.
4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz?
- Xüsusi bir hobbim yoxdur. Boş vaxtlarımda da çalışıram istirahət edim. Fiziki yorğunluğumu aradan götürməyə çalışıram.
5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ-yə vəsiqə qazansın?
- Sadəcə inkişaf etməliyik.