cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Neftçi” hazırlıqlarını davam etdirir

04.06.2020 14:16 Oxundu 426


“Neftçi” klubu Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Cempion.az paytaxt təmsilçisinin rəsmi sayıtına istinadən xəbər verir ki, artıq 3 gündür məşq edən “ağ-qaralar” hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək. 

“Ağ-qaralar” iyunun 9-da saat 18:00-da klubun bazasında “Keşlə”, iyunun 14-də saat 20:00-da isə “8-ci km stadionu”nda “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.