cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Sabah” klubundan iki transfer

04.06.2020 15:46 Oxundu 455


“Sabah” klubu heyətini iki futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb. 

2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik razılıq əldə edilib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən hər iki futbolçu “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

Qeyd edək ki, “Sabah” bundan əvvəl Amin Seydiyevi də transfer etmişdi. Seydiyev də yeni mövsümdə “Sabah”a qoşulacaq.