cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Neftçi" və "Qarabağ" görüşləri keçrilməyəcək

04.06.2020 14:49 Oxundu 398


Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq. 

Cempion.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir. 

İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. 

Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur.