şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Cengiz Avropa klublarının hədəfində

04.06.2020 16:13 Oxundu 415


İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər satmağa hazırlaşır.

Cempion.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt klubu türkiyəli yarımmüdafiəçini 30 milyon avroya satmağı planlaşdırır.

22 yaşlı futbolçunun keçidi ilə bağlı "Bayern", "Leyptsiq" və "Everton" klubları "Roma" ilə əlaqə saxlayıb.

Xəbərdə "canavarlar"ın Cengizi 30 milyon avrodan aşağı qiymətə satmaq fikrindən uzaq olduğu qeyd edilib.

Qeyd edək ki, "Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm 20 oyunda 3 qol vurub. Onun müqaviləsi 2023-cü ilin iyunun 30-da bitəcək.