cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

FİFA-dan rus klubuna cəza

04.06.2020 16:43 Oxundu 376


FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.

Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, Kazan təmsilçisinə transfer qadağası qoyub.

Səbəb klubun 2018-ci ildə Sloveniya "Olimpiya"sından heyətinə qatdığı xorvatiyalı müdafiəçi Filip Uremoviçin transfer məbləğini qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir. 

Nəticədə FIFA-ya müraciət edən Lyublyana təmsilçisi "Rubin"in cəzalandırılmasına nail olub.

Qeyd edək ki, Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var.