çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Orkun Kökçü İngiltərə klubunun hədəfində

04.06.2020 17:15 Oxundu 441


Niderlandın "Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü "Arsenal”ın transfer hədəfindədir.

Cempion.az "Voetbal International” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 23 milyon funt-sterlinq təzminat ödəməyə hazırdır.

Kökçünü İspaniyanın "Sevilya" klubu da almaq istəyir.

Qeyd edək ki, "Feyenoord"un yetirməsi bu mövsüm 35 oyunda 2 qol vurub, 6 assist edib.

Orkun Kökçünün qardaşı Ozan Can Kökçü "Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.