bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

Premyer Liqada 5 əvəzetməyə icazə verildi

05.06.2020 09:47 Oxundu 502


Futbol üzrə İngiltərə Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 əvəzetmədən yararlana biləcəklər.

Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, bununla bağlı qərar liqanın nümayəndələri ilə növbəti görüşdə qəbul olunub.

Həmçinin oyun vaxtı klubların ehtiyatdakı futbolçu sayını 7-dən 9-a yüksəltmələrinə icazə verilib. Bu qayda cari mövsümün sonunadək tətbiq olunacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.