bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Verner İngiltərə klubunda

05.06.2020 10:47 Oxundu 469

İngiltərənin ''Çelsi'' klubu heyətinə yeni futbolçu cəlb edib.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ''zədaganlar'' ''Leipziq''də forma geyinən Timo Verneri transfer edib. ''Çelsi'' rəhbərliyi qısa vaxt ərzində 55 milyon avro sərbəst qalma məbləğini alman klubuna göndərəcək. 24 yaşındakı futbolçu ''mavilər''dən həftəlik 220 min avro qazanacaq.

Xəbərdə bildirilir ki, müqavilə 2025-ci ilə qədər imzalanacaq.

Qeyd edək ki, bu mövsüm Verner çıxdığı 40 oyunda 31 qolla yadda qalıb.