05.06.2020 12:53
463

Ötən ay Cənubi Koreyada hərbi xidmətə yollanan “Tottenhem”in futbolçusu Son Hın Min açıqlama verib.
Cempion.az xəbər verir ki, London klubunun mətbuat xidmətinə danışan Son, əsgərlik günlərini belə təsvir edib:
“İnsanların nə hiss etdiyini bilmirəm. Mənim üçün üç həftə çox çəkdi. Ancaq yaxşı təcrübə oldu. Çətin idi, amma zövq almağa çalışırdım. Məşqlərə başlamışıq. Hamı yenidən futbol oynamaq istəyir”.