bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Benfika"nın  avtobusuna hücum olub - VİDEO

05.06.2020 13:47 Oxundu 455


Portuqaliyanın "Benfika" futbol komandasının avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

Cempion.az "A Bola"ya istinadən xəbər verir ki, hadisə XXV turun "Tondela" ilə ev oyunundan sonra baş verib. Qolsuz heç-heçədən narazı qalan fanatların qarşısını polis konvoyu da ala bilməyib.

Nəticədə şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, Portuqaliya Primeyrası iyunun 3-də start götürüb. Hazırda "Benfika" və "Portu" hərəyə 60 xalla liderdir.