bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

''Hədəfim böyük klublarda oynamaqdır'' -  Nicat Süleymanov​

05.06.2020 15:30 Oxundu 964

Cempion.az
 saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Növbəti qonağımız ''Zirə'' futbol klubunun gənc müdafiəçisi  Nicat Süleymanovdur:

1. Futbolçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?

-   Xeyr peşman deyiləm. Çünki sevdiyim işlə məşğul oluram.

2.  Futboldan sonrakı həyatınızda  özünüzü harda görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz? 

-    Hal-hazırda tək bir hədəfim var o da karyeramı böyük klublarda davam etdirmək. Başqa peşə haqqında düşünmürəm. İnşallah qismət olsa karyerama futbolla davam edəcəm.

3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?

-   Xeyir. Hazırda karyeram təzə - təzə başlayır. Gələcəkdə də qərarlarımı düşünərək verəcəm. İnşalla peşman olacaq addım atmaram.

4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz? 

-   Hobbim yoxdur amma boş vaxtlarımda dostlarımla və ailəmlə vaxt keçirməyi xoşlayıram.

5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ vəsiqə qazansın?

-   Məncə, bu suala mənim cavab verməyim düzgün olmaz.