bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Ronaldu tarixə düşdü

05.06.2020 16:40 Oxundu 511

Portuqaliya millisinin kapitanı ümumi qazancını 1 milyard dollara çatdıran 3-cü idmançıdır. Ona qədər qolfçu Tayqer Vuds (2009-cu ildə) və boksçu Floyd Meyvezer (2017) milyardçı olmağı bacarıb.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kriştiano Ronaldo 17 illik peşəkar karyerası ərzində 650 milyon dollar maaş alıb. "Yuventus”la 2022-ci ilə qədər müqaviləsi olan 35 yaşlı forvard həmin vaxta qədər ümumi məvacibi 765 milyon dollara çatdıracaq. O, qalan vəsaiti sponsorluq müqavilələrindən əldə edib.

Qeyd edək ki, Kriştiano Ronaldo "Yuventus”a qədər "Sportinq”, "Mançester Yunayted” və "Real”ın formasını geyinib.