bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

A Seriyasında 5 əvəzetməyə icazə verildi

06.06.2020 10:17 Oxundu 483


İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməlidirlər.

Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.