bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Feddal ''Tottenhem''in hədəfində

06.06.2020 12:34 Oxundu 471

İngiltərənin ''Tottenhem'' klubu bu yaz klubdan ayrılacaq olan Vertongenin yerini doldurmağa çalışır.

Cempion.az ''Don Ballon'' nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Vertongenin yerini doldurmaq üçün transfer çalışmalarına start verib. ''Tottenhem'' klubu ''Real Betis''də forma geyinən Feddala göz dikib. Klub rəsmləri yaxın günlərdə İspaniya təmsilçisinə təklif göndərəcəyi gözlənilir.

Xatırladaq ki, ''Real Betis'' tərəfi də London klubundan Vertongeni heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Feddal İspaniya klubunun heyətində bu mövsüm 11 oyuna çıxıb.