bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Mourinyonun gözü ''Çelsi''nin futbolçusunda

06.06.2020 13:30 Oxundu 470

İngiltərənin ''Tottenhem'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az ''RMC Sport'' nəşrinə istinadən xəbər verir ki,  London nəhəngi artıq transfer çalışmalarına başlayıb. Portuqaliyalı baş məşqçi Joze Mourinyo keçmiş futbolçusu Kurt Zumanı heyətinə cəlb etmək istəyir. Mourinyonun israrla istədiyi futbolçu üçün tərəflər arasında ilkin danışıqlarında keçirildiyi bildirilir.
Xəbərdə bildirilir ki, Vertongenin klubdan ayrılmasından sonra fransalı müdafiəçinin ''Tottenhem''ə keçməsi real görünür.