06.06.2020 16:31
755


Cempion.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Növbəti qonağımız ''Sumqayıt'' futbol klubunun təcrübəli müdafiəçisi Rail Məlikovdur:
1. Futboçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?
- Əlbətdə ki, futboçular çox gənc yaşlarında qoca sayılırlar. Buna baxmayaraq futbolçunun özündən çox şey aslıdır. Futbolçu 35 yaşına çatanda artıq qoca saylır amma düzgün formada idman etsə, düzgün rejimdə olsa, düzgün qidalansa, öz karyerasını uzada bilər. Futbolçu olduğuma görə peşman deyiləm. Futbolu seçməyimə səbəb uşaqlıqdan ən böyük arzum futbolçu olmaq olub. Həmişə də futbolçu olmaq istəmişəm. Tanınmağımada səbəb futbolçu olmağım olub. Hər şey futbola borucluyam.
2. Futboldan sonrakı həyatınızda özünüzü harda görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz?
- Futbolçunun futboldan sonra ancaq birinci ixtisası futbolda qalıb işləməkdir. Mən də karyeramı başa vurandan sonra futbolda qalacam. Futbolmuza töhvə verməyə çalışacam.
3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?
- Məncə az futbolçu olar ki, futbol karyerasında nəsə səhvə yol verməsin. Mənim də səhv qərarım olub amma bunun üstündən xətt çəkmişəm. Bu barədə düşünməkdə doğru olmaz. Nə olursa olsun xeyirliyə olur. Hal-hazırda da verdiyim o qərarlara görə peşmanlığım yoxdur.
4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz?
- Boş vaxtlarımda balıq tutmağa gedirəm. Dostlarımla məclis qurmağı sevirəm. Ən çox çalışıram ki, ailəmə və övladlarıma vaxt ayırım. Avtomobillərə çox üstünlük verirəm.
5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ vəsiqə qazansın?
- Qeyd edim ki, çox gözəl mövzüya toxunmusuz. Bu sual üzərində çox şeyi danışmaq olar. İlk öncə uşaq futbolundan səmərəli istifadə etmək lazımdır. Nə qədər ki, gec deyil uşaq futboluna indidən fikir vermək lazımdır. Bununda üzərində hal-hazırda iş gedir. AFFA-da artıq bütün fikirini uşaq futboluna yönəldib. Bu işdə əsasən yerli və gənc prespektivli məşqçilərə yer vermək lazımdır. Məncə gənc məşqiçilər 5-6 ilə futbolmuza güclü uşaqlar verə bilər. Bununda üzərində AFFA işləyir. İnanıram ki, gənc prespektivli məşqçilərmiz güclü futbolçular yetişdirəcəklər çünki məşqçilərmiz buna qadirdir. İnşallah yaxın illərdə həm Dünya çempionatına, həm də Avropa çempionatına vəsiqə qazana biləcik.