çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Mutko: "Berdıyev "Spartak" və yığma arasında seçim etməlidir"

07.08.2016 15:08 Oxundu 357

Rusiyanın İdman naziri Vitali Mutko Qurban Berdıyevə Rusiya yığmasınaı çalışdırması barədə təklif etdiklərini bildirib. Onun sözlərinə görə, Berdıyev Rusiya yığmasını çalışdıra və onunla uğur qazana bilər. Vitali Mutko: "Mən Berdıyevin yaxçı məşqçi olduğu qənaətindəyəm. O istənilən klub komandasını çempion etməyi bacarar. Ona görə də biz Berdıyevə Rusiya yığma komandasının baş məşqçisi postunu təklif etmişik. Bizim "Spartak" komandasının da onu baş məşqçi postuna dəvət etməsindən xəbərimiz var. Ona görə də Berdıyev "Spartak" və yığma arasında seçim etməlidir", - deyib.

Qeyd edək ki, Berdıyev ötən gün rəsmi şəkildə "Rostov" klubu ilə yollarını ayırdığını bildirib. Onun Rusiya, yoxsa "Spartak" komandasını seçdiyi sabah məlum olacaq. Bununla bağlı Berdıyevin sabah mətbuata açıqlama verəcəyi gözlənilir.

Hazırladı: Əziz Mustafa