bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Şalke"nin futbolçusu mövsümü başa vurdu

06.06.2020 18:10 Oxundu 478


Almaniyanın "Şalke" klubunun kapitanı Omar Maskarel mövsümün sonuna kimi sıradan çıxıb. 

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi David Vaqner məlumat verib. 

O, 27 yaşlı yarımmüdafiəçinin uğursuz reabilitasiya səbəbindən yaşıl meydanlara qayıda bilməyəcəyini söyləyib. 

Qeyd edək ki, Omar Maskarel mart ayında bud əzələsindəki problemə görə sıradan çıxıb. Daha sonra mövsüm koronavirusa görə dayandırılıb və mayın 16-da bərpa olunub. Maskarel cari mövsüm "Şalke" forması ilə 26 oyunda meydanda olub.