
Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı “Frayburq”la qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
Lider “Bavariya” bu turda “Bayer”in qonağı olub və inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə Berlin “Herta”sını qəbul edib və minimal hesabla üstün olub. “Leyptsiq” isə “Paderborn”u sınağa çəkib və xal itkisi ilə üzləşib.
Son üç turda məğlub olan “Şalke”, bu dəfə “Yunion”un qonağı olacaq.
Almaniya Bundesliqası, 30-cu tur
5 iyun
''Frayburq'' – ''Borussiya'' M 1:0
Qol: Petersen, 58.
6 iyun
''Bayer'' – ''Bavariya'' 2:4
Qol: Alario, 10. Virts, 89 – Koman, 27. Qoretska, 42. Qnabri, 45. Levandovski, 66.
''Fortuna'' – ''Hoffenhaym'' 2:2
Qol: Henninqs, 5; 76-pen – Dabbur, 16. Zuber, 61.
''Ayntraxt'' – ''Maynts'' 0:2
Qol: Niaxate, 43. Malonq, 77.
''Leyptsiq'' – ''Paderborn'' 1:1
Qol: Şik, 27 – Strodyek, 90+2.
''Borussiya'' D – ''Herta'' 1:0
Qol: E.Can, 58.
7 iyun
15:30 ''Verder'' – ''Volfsburq''
17:30 ''Yunion'' – ''Şalke''
20:00 ''Auqsburq'' – ''Köln''