bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Baş məşqçi koronavirusa yoluxdu

07.06.2020 14:15 Oxundu 471


"Fiorentina”nın baş məşqçisi Cüzeppe Yakinidə koronavirus aşkarlanıb.

Cempion.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin prezidenti Rokko Kommisso yerli mətbuata açıqlamasında məlumat verib.


Daha əvvəl bu barədə məlumatının olmadığını deyən klub prezidenti baş məşqçiyə hər cür dəstəyin göstərildiyini də bildirib.

Qeyd edək ki, "Fiorentina”ın daha öncə üç futbolçusu və idman direktorunda koronavirus aşkarlanmışdı.