bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

“Arsenal”dan böyük hesablı qələbə - VİDEO

07.06.2020 17:00 Oxundu 463


İngiltərənin “Arsenal” klubu yoxlama oyunu keçirib.

Cempion.az xəbər verir ki, “topçular” İngiltərənin “Çarlton” klubuyla qarşılaşıb. “Emireyts” stadionunda azarkeşsiz keçirilən görüş “Arsenal”ın 6:0 hesablı qələbəsiylə başa çatıb.

“Arsenal”ın qollarını Pyer-Emerik Obameyanq, Aleksandr Lakazett, Edvard Nketia (3) və Co Uillok vurub.

Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də başlayacaq.