08.06.2020 09:00
480

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun klubu "Ersgebirge" Almaniya II Bundesliqasının XXX tur matçında "Karlsrue"ni qəbul edib.
Cempion.az xəbər verir ki, Aue şəhərindəki "Ertsgebirgeştadion"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.
Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Dmitri Nazarov "Ertgebirge"dən əvvəl 2013 - 2016-cı illərdə "Karlsrue"nin formasını geyinib.