08.06.2020 10:13
483


Türkiyənin ''Qalatasaray'' klubu heyətini Taylor ilə gücləndirmək istəyir.
Cempion.az ''Daily Mail'' nəşrinə istinadən xəbər verir ki, ''sarı qırmızılılar'' ''Çarlton''da forma geyinən Taylora gözünü dikib. ''Qalatasaray'' rəsmiləri futbolçuya İngiltərə klubunda qazandığı məbləğin 4 qatını təklif edib.
Xəbərdə bildirilir ki, müqaviləsi bu ilin iyununda bitəcək olan Taylor Türkiyə klubundan gələn təklifi diqqətə alaraq ''Çarlton''la gələcək oyunlara çıxmamaq qərarı alıb.
Qeyd edək ki, 30 yaşındakı futbolçu bu mövsüm 22 Çempionşip qarşılaşmasında 11 qolla yadda qalıb.
Taylor ilə Cerardın çalışdırdığı ''Rencers'' klubuda maraqlanır.