bazar ertəsi, 30 mart 2026

BİZİM FUTBOL

"Qarabağ" fransalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

08.06.2020 14:45 Oxundu 519


"Qarabağ" Azərbaycan Premyer Liqasındakı fasilə müddətində bir futbolçu ilə yollarını ayırıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Seneqal əsilli fransalı forvard "Qarabağ"a 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçu cari mövsüm 28 oyuna 8 qol vurub.