bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Neymar ''Barselona''ya geri dönmək istəyir

08.06.2020 15:00 Oxundu 446


“Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Neymar əvvəlki kimi yay transfer pəncərəsində klub qeydiyyatında əvəzetməni nəzərdə tutur.

Cempion.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, braziliyalı "Barselona”ya qayıdışına ümid edir. Neymar bir il əvvəl də bu arzusunun reallaşmasına yaxın olub, ancaq həmin vaxt klublar transferin qiyməti məsələsində razılığa gələ bilməyiblər. Nəşr iddia edir ki, indi “parislilər” pandemiyaya görə hücumçu üçün ödənişin məbləğini azaltmağa hazırdır.

Futbolçunun PSJ ilə qüvvədə olan razılaşması 2022-ci il ilə qədər nəzərdə tutulub.

Daha əvvəl bildirilirdi ki, "Barselona" Neymarı almaqdan imtina edib.