bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

Rahid Əmirquliyev: ''Karyeram ərzində verdiyim heç bir qərara peşman deyiləm''

08.06.2020 15:30 Oxundu 484

Cempion.az
 saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Növbəti qonağımız ''Səbail'' futbol klubunun təcrübəli yarımmüdafiəçisi Rahid Əmirquliyevdir:

1. Futboçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?

-   Futbolçuların yaş müddəti qısa olduğu üçün artıq gənc yaşdan qoca sayılırlar.Futbolçu olduğum üçün bu günə kimi heç bir peşmançılığım olmayıb.

2.  Futboldan sonrakı həyatınızda  özünüzü harda görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz? 

-    Hələ ki, bu barədə heç bir şey fikirləşməmişəm. İstəyərəm ki, futbolda qalım və bütün diqqətimi futbola verim.

3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?

-   Futbolçunun karyerasında qərar vermək çox olur. Karyeram ərzində verdiyim heç bir qərara peşman deyiləm.

4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz? 

-   Heç bir hobbim yoxdur. Boş vaxtlarımı ailəmlə və dostlarımla keçirməyə üstünlük verirəm.

5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ vəsiqə qazansın?

-  Yaxın gələcəkdə bunun baş verəcəyinə inanmıram. Məncə bunun üçün uşaq futboluna daha çox diqqət ayırmaq lazımdır.