bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

“Neftçi”nin yoxlama oyununun vaxtı dəyişdirildi

08.06.2020 17:34 Oxundu 473


“Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komanda üzvləri bu gün axşam məşqinə çıxacaq.

“Ağ-qaralar”ın hazırlıq çərçivəsində “Keşlə” ilə iyunun 9-da keçirməyi planlaşdırdığı yoxlama matçı bir gün sonraya təxirə salınıb. Oyun iyunun 10-u saat 18:00-da, “Neftçi”nin futbol mərkəzində keçiriləcək.