bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Suaresdən yeni xəbər

08.06.2020 18:10 Oxundu 441


"Barselona”nın zədəli futbolçusu Luis Suares sağalıb.

Cempion.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Klubun həkimləri keçirdiyi əməliyyatdan 147 gün sonra uruqvaylı futbolçuya yaşıl meydanlara qayıtmağa icazə verib.

Qeyd edək ki, Suares La Liqada iyunun 13-də keçiriləcək "Malyorka” ilə oyunda iştirak edə biləcək.