bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Messi məşqlərə başladı

08.06.2020 18:44 Oxundu 495


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi komanda ilə məşqlərə start verib. 

Cempion.az Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu gün kollektivə qoşulub. 

Argentinalı oyunçu daha öncə bud əzələsində narahatlığa görə fərdi qaydada məşq edib.

Xatırladaq ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 

Qeyd edək ki, "Barselona" iyunun 13-də "Malyorka" ilə qarşılaşacaq.