bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

“Barselona” arqentinalıdan imtina edir?

08.06.2020 19:44 Oxundu 441


“Barselona” klubu “İnter”dən Lautaro Martinesi transfer etmək fikrindən daşına bilər.

Cempion.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın maliyyə sıxıntılarına görə bu transferdən vaz keçə biləcəyi bildirilib.

“Barselona” Martineslə şəxsi razılığa gəlsə də, “İnter”lə anlaşa bilmir. “Neradzurra” argentinalı hücumçu üçün ən azı 111 milyon avro tələb edir.

“Marca” nəşri, koronavirusun yaratdığı problemlərə görə, “Barselona”nın iyunun sonuna kimi maddi itkisinin 150 milyon avro olacağını iddia edir.