bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Çalhanoğlu ''Şalke''də

09.06.2020 10:10 Oxundu 450


Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.

Cempion.az xəbər verir ki, bu barədə 18 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Türkiyəli oyunçu "Şalke"yə keçdiyini bildirib. O, Gelzenkirhen klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Hoffenhaym"ın yetirməsi olan Kerim Çalhanoğlu cari mövsüm Almaniyanın U-19 liqasında 18 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun əmisioğludur.