bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

PSJ-nin futbolçusu birincin oldu

09.06.2020 10:44 Oxundu 496


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən bahalı futbolçularının reytinqini dərc edib.

Cempion.az xəbər verir ki, futbolçuların qiyməti CİES-in şəxsi metodikası üzrə qiymətləndirilib. Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edib. Onun qiyməti 259,2 milyon avro göstərilib.

"Mançester Siti"dən Rahim Sterlinq (194,7 milyon avro) ikinci "Borussiya"dan (Dortmund) Ceydon Sanço (179,1 milyon) üçüncü olub.

Dünyanın ən yaxşılarından Lionel Messi ("Barselona") 100,1 milyon avro ilə 21-ci,  Kriştiano Ronaldo ("Yuventus") 62,8 milyon avro ilə  70-ci olub.

CİES-in versiyasına görə, dünyanın ən bahalı 10 futbolçusu

1. Kilian Mbappe (PSJ) – 259,2 milyon avro

2. Rahim Sterlinq ("Mançester Siti") – 194,7 milyon

3. Ceydon Sanço ("Borussiya" Dortmund) – 179,1 milyon

4. Trent Aleksander-Arnold ("Liverpul") – 171,1 milyon

5. Markus Reşford ("Mançester Yunayted") – 152,3 milyon

6. Məhəmməd Salah ("Liverpul") – 144,9 milyon

7. Sadyo Mane ("Liverpul") – 139,2 milyon

8. Antuan Qrizmann ("Barselona") – 136,4 milyon

9. Alfonso Devis ("Bavariya") – 133,5 milyon

10. Harri Keyn ("Tottenhem") – 118,7 milyon