bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

​"Qarabağ"ın istədiyi futbolçuya yeni müştəri çıxdı

09.06.2020 11:15 Oxundu 482


"Qarabağ"ın heyətinə qatmaq istədiyi "Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydınla daha bir komanda maraqlanır. 

Cempion.az "Fotomac"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Qazaxıstan çempionu "Astana"nın da gündəmindədir. 

Hər iki klub Niderland əsilli vinger üçün agentlər vasitəsilə təklif göndərilib. 

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib. Onunla daha əvvəl "Beşiktaş" və "Ankaragücü" klubları da maraqlanıb.