bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

“Sabah”  “Qarabağ”a qarşı

09.06.2020 11:45 Oxundu 590


“Sabah” klubu “Qarabağ”la yoxlama oyununda qüvvəsini sınayacaq.

Cempion.az xəbər verir ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək oyun saat 19:30-da start götürəcək. Görüş, “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

“Sabah” – “Qarabağ”qarşılaşması koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra Azərbaycanda keçiriləcək ilk futbol matçı olacaq.

Azərbaycan Premyer Liqası da pandemiyaya görə martdan dayandırılıb. Çempionat, iyunun 21-dən bərpa olunacaq.

Yoxlama oyunu

9 iyun

19:30 ''Sabah'' – ''Qarabağ''
''Bank Respublika Arena''.