09.06.2020 12:34
476


İngiltərənin ''Mançester Yunayted'' klubu ''Barselona''nın futbolçusunu heyətinə cəlb etmək istəyib.
Cempion.az ''Sport'' nəşrinə istinadən xəbər verir ki, ''qırmızı şeytanlar'' Ansi Fati uçün İspaniya klubuna 100 milyon avro təklif etsə də, ''Barselona'' tərəfi transferin baş tutmasına razılıq verməyib. Kataloniya klubu 17 yaşındakı gənc futbolçunu 170 milyon avroya sata biləcəklərini bildiriblər.
Xəbərdə bildirilir ki, ''Barselona'' klubu qısa zaman da Fati ilə yeni müqavilə imzalayıb, daha böyük qiymətə satmağı planlayır.