bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

''Çelsi''nin transfer planı

09.06.2020 13:34 Oxundu 468

İngiltərənin ''Çelsi'' klubu heyətini gücləndirməyə davam edir.

Cempion.az ''Daily Mail'' nəşrinə istinadən xəbər verir ki, Hakim Ziyeç və Verneri heyətinə cəlb edən London klubu indi də ''Bayer''də forma geyinən gənc oyunçu Kay Havertsə göz dikib.

Xəbərdə bildirilir ki, ''Real'' və ''Bavariya''nında transfer siyahısında olan futbolçu üçün ''Çelsi'' klubu 85 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, 20 yaşındakı Haverts bu mövsüm 38 qarşılaşmada 18 qol, 8 qol ötürməsi ilə yadda qalıb.