bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Morata  "İnter"in hədəfində

09.06.2020 17:39 Oxundu 497


"Atletiko"nun hücumçusu Alvaro Morada "İnter"ə transfer ola bilər.

Cempion.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi ispan hücumçunu Lautaro Martinesə əvəzləyici kimi baxır. Məlumata görə, "göy-qaralar" Madrid klubu ilə danışığa başlayıb.

"Atletiko" hələ Moratanın transfer hüuquna tam yiyələnməyib. "Hindular" yayda 27 yaşlı hücumçunu "Çelsi"dən birdəfəlik alacaq. Bu keçid "Atletiko"ya ümumilikdə 50 milyon funt-sterlinqə başa gələcək.

Qeyd edək ki, Morata daha öncə İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, bu mövsüm 23 oyunda 8 qol vurub, 1 assist edib.