bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

"Qarabağ"dan böyük hesablı qələbə

10.06.2020 09:00 Oxundu 712


Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" və "Qarabağ" komandaları arasında yoxlama oyunu keçirilib.

Cempion.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matçda birinci qolu 2-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Emreli vurub. Cəmi 13 dəqiqə sonra Xayme Romero hesab arasındakı fərqi 2-yə çatdırıb. 37-ci dəqiqədə Filip Ozobiç 3-cü topu Masazır təmsilçisinin qapısından keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İlk hissənin gedişində komandalar üçün 2 dəfə - 15 və 30-cu dəqiqələrdə su fasiləsi verilib. Bundan əlavə, birinci yarının sonlarında görüşün baş hakimi Kamal Umudlu meydanın kənarında kollektiv məşq edən "Sabah"ın futbolçularına iradını bildirib və onlara 5 nəfərlik qruplar şəklində hazırlaşmağı tapşırıb. Bundan sonra futbolçular iki hissəyə bölünərək isinmə hərəkətlərinə davam ediblər.