bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Brazilyalı PSJ-ni tərk edir

10.06.2020 11:12 Oxundu 481


PSJ müdafiəçisi ilə yollarını ayıracaq.

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayacaq. Bu barədə Paris təmsilçisinin idman direktoru Leonardo məlumat verib: "Silva iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacaq və o, klubdan ayrılacaq".

Qeyd edək ki, PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. 35 yaşlı müdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.